
Bu gün hamımızın gözü Parisdə olacaq.
Millimiz dünya çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.
«Park de Prens»də Fransanın qonağıdır.
Nə gözləyək? Ümidlər azdır, əlbəttə.
Amma… Oyun hələ başlamayıbsa, deməli, ümid yeri yenə var.
Gözünüz «Sportinfo TV»də olsun! «Milli həftə» saat 21:45-dən etibarən canlı efirdədir.
Veriliş Amit Quluzadə və Elvin Əhədin təqdimatında yayımlanacaq.
Millimizin düşərgəsindəki son durum, şanslar və gündəmə uyğun digər mövzular burada müzakirəyə çıxarılacaq.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.
“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN