
"Araz-Naxçıvan"ın Naxçıvanda yerli azarkeşlərlə görüşəcəyini xəbər vermişdik.
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın Naxçıvan Muxtar Respublikasına səfər başlayıb.
Kollektiv oktyabrın 6-da təmsil etdiyi bölgəyə yola düşüb.
Dünən axşam saatlarında Naxçıvana çatan komanda üzvlərini yerli publika böyük çoşğu ilə qarşılayıb.
Xatırladaq ki, "Araz" komanda ev oyunlarını keçirməli olduğu Naxçıvan şəhər stadionunun yararsız vəziyyətdə olması səbəbindən artıq 3-cü mövsümdür rəqiblərini Bakıda qəbul edir.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq Naxçıvan hava limanında yaşanmış bayram ab-havasını izləyə bilərsiniz: