
"Qarabağ"ın Çempionlar Liqasında zəfəri davam edir.
Ağdam klubu "Benfika"nın ardınca bu dəfə "Kopenhagen"i məğlub edib - 2:0.
Bununla həm də tarixində ilk dəfə ÇL-in əsas mərhələsində ev qələbəsi qazanmış olub.
Tarixi uğuru tribunalarda 32000-dən artıq tamaşaçı izləyib.
Qarşılaşmanın final fitindən sonra futbolçular və tribunalarda yer alan azarkeşlər uzun müddət möhtəşəm gecənin dadını çıxarıblar.
XANOĞLAN / SPORTİNFO.AZ
Yaşananları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: