Premyer Liqa matçı yarımçıq dayandırıldı - Masazırda başverənlərin VİDEOsu

19:35 Sportinfo TV 201
Premyer Liqa matçı yarımçıq dayandırıldı - Masazırda başverənlərin VİDEOsu

Premyer Liqanın 6-cı turunun "Sabah" - "Sumqayıt" arasında keçirilən matçında xoşagəlməz hadisə yaşanıb.

Belə ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Bank Respublika Arena"nın işıqları sönüb.

Baş hakim Əliyar Ağayev oyunu yarımçıq saxlamaq məcburiyyətində qalıb.

Futbolçular paltardəyişmə otağına yollanıb.

Yaşanan olaydan 10 dəqiqə keçməsinə baxmayaraq, problem hələ də öz həllini tapmayıb.

.......

Nəhayət, 17 dəqiqəlik məcburi fasilə Masazırda başa çatıb. Enerji ötürülməsi təmin edilib, ardınca oyun qaldığı yerdən davam etdirilib.

Aşağıdakı linkə daxil olaraq yaşananları izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti