_1.jpg)
"Əliyar Ağayevin idarəetməsi qüsurlu idi.
FİFA referisi ən azı 3 epizodda "Neftçi"nin əleyhinə qərar verdi.
Elə həmin qərarlar görüşün taleyinə həll etdi.
Onsuz da "Neftçi"də işlər yolunda getmirdi.
"Ağ qaralar" erkən və kuryoz yolla sarsılmışdı.
Toparlanmasına isə Əliyar Ağayev imkan vermədi".
Bu fikirləri "Sportinfo TV"də yayımlanan "Sözüm var" verilişində Xanoğlan İmanov səsləndirib.
Onun Premyer Liqanın 3-cü turunda keçirilən "Neftçi" - "Turan Tovuz" görüşündə baş hakim Əliyar Ağayevin qərarları ilə bağlı geniş çıxışını aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN