(2).jpg)
"Qarabağ"ın uğurlarında baş məşqçi, futbolçular və klub rəhbərliyi arasındakı vəhdət önəmli rol oynayır.
Hətta ailədə belə qardaşla qardaş, ata ilə övlad arasında mübahisə yaranır.
"Qarabağ"da da mümkün deyil ki, Qurban Qurbanovla rəhbərlik arasında hansısa məqamda fikir ayrılığı yaranmasın, mübahisə yaşanmasın.
Amma bu cür şeylər heç vaxt kənara çıxmayıb.
Demək ki, hansısa nöqtədə razılaşa, üstünü bağlaya bilirlər.
Bu da uğur formulunun fundamentidir".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.
Aparıcı Xanoğlan İmanov futbol mütəxəssisi Amit Quluzadə ilə birlikdə Çempionlar Liqasının pley-off məhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - "Ferentsvaroş" matçına dair şərhlər verib, komandamızın əsas mərhələyə yüksəlməyindən geniş danışıblar
Xüsusilə, Ağdam klubunun böyüməsində, tarix yazmasında pərdənin arxasında qalan şəxslərin önəmli nöqtə olmasını vurğulayıblar.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN