
Çempionlar Liqasının bir addımlığında olan "Qarabağ"ın şansı...
Budapeştdəki 3:1-lik üstünlük futbolçularda rahatlıq yarada bilərmi?
"Qarabağ"ın futbolçularının psixoloji durumu nə yerdədir?
"Ferentsvaroş" Bakıda hansı taktikadan istifadə edəcək?
"Qarabağ" - "Ferentsvaroş" matçından öncə ən son məlumatlar...
Suallara cavab tapmaq üçün saat 19:45-də diqqətiniz “Sportinfo TV”də olsun.
Elçin Cəfərov "Avropa həftəsi" verilişində mütəxəssis Amit Quluzadə ilə təmsilçimizin matç öncəsi ümumi dəyərləndirməsi ilə canlı yayımla qarşınızda olacaq.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN