
"Hikmət Cəbrayılzadənin Çempionlar Liqasında debüt etməsi xoş hadisə idi.
Təəssüf ki, buna da neqativ donu geyindirənlər az olmadı.
Kimisi dedi daydayı var, kimisi dedi istedadsız biridir.
Niyə özümüzə qarşı bu qədər qəddarıq? 18 yaşlı uşağı indidən belə sözlərlə sındırmaq olmaz!
Deyəsən, Mahir Emreli, Nəriman Axundzadə yaşadıqlarını Hikmət də yaşamalı olacaq".
Bu fikirləri Sportinfo TV"də yayımlanan "Sözüm var" verilişində Xanoğlan İmanov səsləndirib.
Onun mövzu ilə bağlı yeniş çıxışına aşağıdakı linkdə baxa bilərsiniz: