Ehtiram Quliyevin yeni görüntüləri yayıldı: O, kimlərə ETİRAZ ETDİ? - VİDEO

1 Sentyabr 2025 17:00 Sportinfo TV 1 416
Ehtiram Quliyevin yeni görüntüləri yayıldı: O, kimlərə ETİRAZ ETDİ? - VİDEO

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə tovuzlu azarkeşlər arasında maraqlı dialoq yaşanıb.

Hadisələr Premyer Liqanın 1-ci turunun "İmişli" ilə matçından sonra yaşanıb.

Fanatlar əldə olunan qələbəni qeyd edərkən qarşılarına klub başqanı çıxıb.

Bu əsnada azarkeşlər "Ən böyük başqan bizim başqan" şüarını səsləndirib.

Amma Ehtiram bəy buna qarşı çıxıb.

Rəhbər şəxs tərəfdarlara dəstəkləri üçün təşəkkür edib.

Ardınca isə tək böyük "Turan Tovuz" adının olduğunu bildirməklə fanatlardan irad tutub.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti