Şamaxıda qorxulu anlar yaşandı, iki futbolçu xəstəxanaya aparıldı - ÖZƏL VİDEO

16 Avqust 19:20 Sportinfo TV 874
Şamaxıda qorxulu anlar yaşandı, iki futbolçu xəstəxanaya aparıldı - ÖZƏL VİDEO

Azərbaycan Premyer Liqasının 1-ci turunun "İmişli" - "Turan Tovuz" görüşündə qorxulu anlar yaşanıb.

Belə ki, matçın son dəqiqələrində meydan sahiblərinin iki futbolçusu - qapıçı Andrey Sinenka və stoper Dioqo Rollo ciddi xəsarət alıb.

Bir-biri ilə toqquşan komanda yoldaşları başlarından aldığı zədədən yerdə qalıb.

Sinenka oyuna davam edə bilməyibsə, Rollo ağrılar içində matçı başa vurub.

Amma final fitinən sonra hər iki oyunçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 18:10 Çək və bizə göndər!
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları
16 Avqust 09:40 Liqanın KARVANSARAYı
15 Avqust 22:20 Bolqar dərsi...