"Qarabağ" cəbhəsində narazılıq: "İmarət"in çağırışına məhəl qoyulmadı - ÖZƏL VİDEO

13 Avqust 17:00 Sportinfo TV 3 566
"Qarabağ" cəbhəsində narazılıq: "İmarət"in çağırışına məhəl qoyulmadı - ÖZƏL VİDEO

"Qarabağ" futbolçuları "İmarət" azarkeş qrupunun çağırışına məhəl qoymayıb.

Hadisələr Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Şkendiya" ilə cavab görüşündən (5:1) sonra cərəyan edib.

Belə ki, qarşılaşmanın final fitindən sonra kollektiv yaşıl sahəni dövrə vuraraq, tribunalara cəm olan azarkeşlərlə qələbəni qeyd edib.

"İmarət" tribunasından keçəndə isə qrup üzvləri bu münasibətdən narazı qalaraq, futbolçuları daha yaxına - tribuna önünə gəlməyə dəvət edib.

Əl jestləri işə yaramayınca, azarkeş qrupu hamılıqla "Bədavi "Qarabağ"ı buraya gətir" şüarını səsləndirib.

Amma kapitan yoldaşlarını "İmarət" tribunasına aparmaq əvəzinə yalnız qarşı tərəfi uzaqdan alqışlamaqla kifayətlənib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu