"Neftçi" fanatının "Qarabağ"ın futbolçularını çətin vəziyyətə saldığı anın VİDEOsu

4 Sentyabr 23:40 Sportinfo TV 1 016
"Neftçi" fanatının "Qarabağ"ın futbolçularını çətin vəziyyətə saldığı anın VİDEOsu

"Neftçi" azarkeşi "Qarabağ"ın futbolçularını çətin vəziyyətə salıb.

Belə ki, gənc bir nəfər Nəriman Axundzadə və Abbas Hüseynovdan formasına imza atmağı xahiş edib.

Bu zaman ona yaxınlaşan müxbir "deyəsən, "Qarabağ" azarkeşisən" sualını ünvanlayıb.

Ətrafdakıları təəccübləndirən cavab da bu anda gəlib.

O, "mən bakılıyam, "Neftçi" azarkeşiyəm" etirafını edib.

Bu zaman pərişan olan "Qarabağ"lılar üzüntülərini aydın ifadə edib, ardınca oradan uzaqlaşıblar.

Aşağıdakı linkə daxil olaraq başverənləri anbaan izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer