UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi Azərbaycan təmsilçiləri üçün fərqli nəticələrlə yadda qaldı. "Sabah" İrlandiya təmsilçisi "Sent Patriks"ə cavab matçında da 0:1 hesabı ilə uduzaraq Avropa ilə vidalaşdı.
"Zirə" əksinə, Xorvatiya "Osiyek"i dueldə həm əzmkarlıq, həm də portuqal qapıçı Tiaqo Silvanın ustalığı sayəsində turu adladı. "Zirə"nin tarixində ilk dəfə avrokuboklarda pley-offa yüksəlməsini baş məşqçi Rəşad Sadıqovun kluba yubiley hədiyyəsi də saymaq olar.
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini Azərbaycan komandalarının Konfrans Liqasındakı son oyunlarına həsr edib.