"Nə vaxt komanda qursam, birinci onu transfer edərəm" - VİDEO

3 Aprel 2022 21:20 Sportinfo TV 2 795
"Nə vaxt komanda qursam, birinci onu transfer edərəm" - VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı millinin keçmiş yarımmüdafiəçisi Əfran İsmayılov olub.

Müsahib bu dəfə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov haqda danışıb.

Müsahib Latviya ilə yoxlama matçında (0:1) qırmızı vərəqə alan Qara Qarayevin ünvanına təriflər yağdırıb.

O, «Qarabağ»dakı sabiq komanda yoldaşını Azərbaycanın ən yaxşı futbolçularından biri adlandırıb.

İsmayılov bildirib ki, Qarayevin cəzalandığı epizodda hakim olduqca sərt qərar çıxarıb və yarımmüdafiəçinin bu qədər təzyiqlərə məruz qalması əsassızdır.

Verilişə bu linkdən daxil olub baxa bilərsiz.

Çəkilişdə göstərdiyi dəstəyə görə “Sport Arena Bar”a dərin təşəkkürümüzü bildiririk.

Futbol matçlarını böyük ekran vasitəsilə Bakıdakı gözəl məkanlardan biri olan “Sport Arena Bar”da izləyə bilərsiniz.

Məkanın böyük zalında, eləcə də türk klublarının atributları ilə bəzədilmiş digər kiçik və böyüktutumlu bütün otaqlarda Türkiyə çempionatını, həmçinin digər futbol və idman yarışlarını izləmək üçün böyük ekranlar quraşdırılıb.

Burada müştərilərə münasib qiymətlərlə milli və Avropa mətbəxi, yerli və xarici istehsal olan pivə, spirtli və spirtsiz içkilər, eləcə də qalyan təklif olunur. Bir sözlə, istirahətinizi ləziz təamlardan dadaraq müasir, gözoxşayan və müsbət abu-havası ilə daha ləzzətli edən “Sport Arena Bar” xidmətinizdədir.

Ünvan: Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 17 A (Bakı Oksford Liseyi ilə üzbəüz)

Əlaqə nömrəsi: 050 331 22 40

Digər Xəbərlər
Xəbər Lenti