COP29

Kosmosa uçur, sinəsində Azərbaycan bayrağı da olacaq - VİDEO

8 İyun 18:50 Sizdən Bizə 278
Kosmosa uçur, sinəsində Azərbaycan bayrağı da olacaq - VİDEO

“Bir tərəfində Türkiyə, digər tərəfində isə Azərbaycan bayraqları ilə kosmosda iki qardaşı təmsil edəcəksən”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib.

Atasever isə deyib ki, Azərbaycan və Türkiyə bayraqları Yer kürəsində daima yan-yana olduğu kimi, onun kosmosa səyahətində də yan-yana sinəsi üstündə yerini alacaq.

ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.

Bundan əvvəl Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.

Digər Xəbərlər
Xəbər Lenti