"Atam istədiyi üçün Azərbaycan millisində oynamaq arzusunda idim"

6 Dekabr 2023 01:20 Sizdən Bizə 692
"Atam istədiyi üçün Azərbaycan millisində oynamaq arzusunda idim"

“Polesye”nin azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna millisində çıxış etmək imkanından danışıb.

Sportinfo.az xəbər verir ki, "Xsport"a danışan futbolçu Ukrayna millisində oynamaq variantlarından söhbət açıb.

- Vaxtilə Azərbaycanın gənclər yığmasında oynamaq təklifini qəbul etmişdiniz. Qərarınızdan peşmansınız?

- Atam istədiyi üçün Azərbaycan millisində oynamaq arzusunda idim. Ruslan Rotan mənə dəvət göndərəndə isə artıq Azərbaycan yığmasında oynamışdım. Bir komandadan digərinə keçmək düzgün olmazdı.

- Əsas millidən dəvət gəlmədi? Federasiya ilə əlaqəniz olub?

- Hələ mən “Aleksandriya”da olarkən danışırdıq. İndi isə sakitçilikdir.

- Ukrayna millisi ilə hekayənizə son qoymaq hələ tezdir?

- Ukrayna millisinə dəvət min ildə bir dəfə ola bilər. Ukrayna yığmasından imtina etməyəcəyim dəqiqdir. Mən burada böyümüşəm, şəxsiyyət olmuşam.

- UPL-də “Minay”da çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadə haqqında Azərbaycanda insanlar nə danışır?

- Mən onlarla o qədər də yaxından ünsiyyət qurmamışam. Rüstəm Əhmədzadə mütəmadi olaraq milliyə dəvət alır. O, kifayət qədər yaxşı vəziyyətdədir.

- Bu yaxınlarda AVRO-2025-in seçmə mərhələsində Azərbaycan və Ukraynanın gənclərdən ibarət yığmaları üz-üzə gəldi. Orada tanışlarınız var?

- Bir neçə tanıdıqlarım var. Rüstəm Samiqulin və yığmanın kapitanı olan Fərid Yusiflini deyə bilərəm.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI