
“Qarabağ”a gəldiyim ilk gündən azarkeşlərin məndən gözləntilərinin böyük olduğunun fərqindəyəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”In yarımmüdafiəçisi Julio Romao deyib.
Ötən ilin yayından etibarən “köhlən atlılar”In şərəfini qoruyan braziliyalı legioner ağdamlı fanatlara mesaj yollayıb:
“Təbii ki, onların ümidlərini doğrultmağımın yeganə yolu çox işləməkdir. Yəni, başıaşağı, sadəliyini saxlamaq və Allaha inanaraq çalışmaq lazımdır.
Özüm də hiss edirəm ki, zaman keçdikcə oyunumda inkişaf var. Ümid edirəm ki, tez bir zamanda azarkeşlərin ümidlərini doğruldacam və ən yaxşı Romaonu görəcəklər".