"Azərbaycan millisinin təklifini qəbul etmədim, peşman də deyiləm"

17 İyul 2022 01:10 Sizdən Bizə 2 295
"Azərbaycan millisinin təklifini qəbul etmədim, peşman də deyiləm"

Son mövsümü "Ankaragücü"də keçirən Hasan Hüseyin Acar "Sporx"ə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Kayserispor"da oynayarkən, Azərbaycan milli komandasında təklif aldığını deyib:

"Gözlənilmədən bir təklif gəldi. Həmin vaxt Kayseridə təlim-məşq toplanışında idim. Şenol Güneş də Kayseriyə gəlmişdi.

Söhbətimiz zamanı mənə hər an milli komandadan təklif gələ biləcəyi mesajını vermişdi.

Mən də Azərbaycan milli komandasının təklifini qəbul etmədim. Peşman deyiləm. Çünki, mən Türkiyə millisində oynamaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!