Azərbaycan və Türkiyə idman sahəsində əməkdaşlıq edəcək

1 İyun 2022 03:40 Sizdən Bizə 1 726
Azərbaycan və Türkiyə idman sahəsində əməkdaşlıq edəcək

Bakıda Azərbaycan-Türkiyə idman və gənclər sahəsində əməkdaşlığa dair İşçi Qrupunun ilk iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda birgə təlim məşq toplanışlarının təşkili; milli idman növlərinin inkişafı, məşqçi və hakimlərin hazırlığı, könüllülük, idman tibbi, idman təhsili və idman turizmi sahəsində əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq; gənclərlə işləyən mütəxəssislərin mübadilə proqramları; gənclər evləri arasında əməkdaşlıq və mübadilə; birgə gənclər günlərinin, festival, müsabiqə və düşərgələrin keçirilməsi; gənclər və tələbə təşkilatları arasında əməkdaşlığın təşviq edilməsi və digər məzələlər müzakirə edilib.

Müzakirələrin yekunu olaraq birgə fəaliyyət planının hazırlanması və imzalanması nəzərdə tutulur.

İşçi qrupuna Azərbaycandan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Türkiyədən gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz həmsədrlik edir.

Türkiyə İşçi Qrupunun Azərbaycana səfəri çərçivəsində idman və gənclər qurğuları ilə tanışlıq da nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu