Ukrayna yığmasının üzvü ailə üzvlərini Azərbaycana göndərdi

26 May 2022 21:20 Sizdən Bizə 956
Ukrayna yığmasının üzvü ailə üzvlərini Azərbaycana göndərdi

Ukraynanın yunan-Roma güləş millisinin aparıcı üzvü Pərviz Nəsibovun ailə üzvləri Azərbaycana pənah gətirib.

Bu barədə Sportinfo.az-a Tokio Olimpiadasının gümüş medalçısının özü məlumat verib.

Onun sözlərinə görə, valideynləri və qardaşı ilə bacısı hazırda dogma vətəndədir:

“Ukraynada müharibə getdikcə daha da şiddətlənir. Burada qalmaq onlar üçün təhlükəlidir. Təqribən dörd ay əvvəl Nikolayev şəhərindən Kiyevə köçmüşdük.

Paytaxtda yeni həyata başlamışdıq ki, müharibə başladı və bütün planlarımız pozuldu.

Ailəmiz indi Qazaxda yerləşib. Müharibə bitənə, təhlükə sovuşana kimi orada qalacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı