Ukrayna millisinin formasında Azərbaycan bayrağı - FOTO

10 May 22:40 Sizdən Bizə 1 372
Ukrayna millisinin formasında Azərbaycan bayrağı - FOTO

Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb.

Sportinfo.az Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytına istinadən xəbər verir ki, geyim dəstinin üzərində ölkənin xəritəsi təsvir olunub.

Dövlət sərhədləri isə ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Onların arasında Azərbaycan və Türkiyə bayraqları da var.

Xəritənin ortasında "Ukrayna naminə birləşmə" mənasını verən "United for Ukraine" yazısı yer alıb. Formanın arxa tərəfindədəki nömrələrdə isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

UAF prezidenti Andrey Pavelko bildirib ki, yığma bu formalardan yalnız DÇ-2022-nin pley-off matçlarına hazırlıq matçlarında istifadə ediləcək.

Bundan sonra formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək veriləcək.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar