Məşhur braziliyalı ulduzlar Bakıya gələcək – PREZİDENTDƏN AÇIQLAMA

9 May 2022 20:00 Sizdən Bizə 1 849
Məşhur braziliyalı ulduzlar Bakıya gələcək – PREZİDENTDƏN AÇIQLAMA

Məşhurları ölkəmizə dəvət etmək üçün uyğun vaxt seçməliyik, təşkilatçılıq ən yüksək səviyyədə olmalıdır, həm də hamısını eyni vaxtda yox, ayrı-ayrı zamanlarda dəvət etmək istəyirik”.

Bu sözləri Azərbaycan Futnet və Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov Spotinfo.az-a açıqlamasında bildirib.

Aprelin 27-dən mayın 3-nə qədər Braziliyada işgüzar səfərdə olan federasiya prezidenti Romario və Bebeto kimi dünya ulduzlarının evində qonaq olmuş, onlarla şəxsi tanışlıq imkanı qazanmışdı.

Vüsal bəy görüş zamanı fürsətdən istifadə edərək adıçəkilənləri Aərbaycana dəvət edib. Xəlilov saytımıza açıqlamasında görüşün detalları haqda məlumat verib:

“Romario Braziliyada senatdır, belə deyim, müəyyən olunmuş bölgəyə başçılıq edir. Avqustdan oktyabra qədər seçkilərdə iştirak edəcək deyə vaxtı yoxdur. Bebeto isə millət vəkilidir. Onun işi rahatdır, bu il seçki-filan yoxdur.

Əllərində cədvəl var, ora ilboyu səfər edəcəkləri ölkələrin adlarını yazırlar. Azərbaycanı da qeyd etdilər. Əsas uyğun vaxt tapmaqdır, gəlməkləri problem deyil. İstənilən halda Azərbaycana səfər edəcəklər”.

Dünya futbolunun ulduzlarından hesab olunan Romario 1994-cü ildə Braziliya millisi ilə dünya çempionu olub,

“Barselona” ilə İspaniya çempionluğunu bayram edib, 1994-cü ildəki dünya çempionatında “Qızıl top” və “Bürünc buts” mükafatlarına yiyələnib.

Bebeto da 1994-cü ildə dünya çempionu adını qazanıb. 1983-cü ildə Braziliyanın U-20-sinin heyətində dünya çempionu olub, “Flamenqo” və “Vasko de Qama” ilə Braziliya çempionluğunu bayram edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti