"İki il Azərbaycanda oynadım, mənə qaranlıq qaldı ki…"

1 May 2022 17:00 Sizdən Bizə 2 258
"İki il Azərbaycanda oynadım, mənə qaranlıq qaldı ki…"

«Mən iki il Azərbaycanda oynadım, klubları və futbolçuları tanıdım, ancaq etiraf edim ki, hələ bir məsələni başa düşə bilməmişəm».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında albaniyalı müdafiəçi Yurgen Qoca deyib.

Ölkəmizdə «Qəbələ» və «Səbail»in formasını geyinmiş legioner Azərbaycanda istedadlı gənclərin olduğunu bildirib:

«Mənə qaranlıq qalan odur ki, onlar niyə ölkə xaricinə çıxmaq istəmir? Albaniyada belə deyil.

Bizdə xeyli sayda gənc Avropanın müxtəlif çempionatlarında çıxış edir. Millimizin heyətinə baxın, görəcəksiz. İtaliyada, İngiltərədə, Almaniyadan olan legionerlərimiz var.

Gənc yaşlarında başqa ölkələrə gedən gənclər sonra Albaniyadan imtina etmirlər, yenə ölkəmizin əsas komandasını seçirlər.

Azərbaycanda gördüyüm gənc futbolçular da bu yolu tutsa, bundan milliniz qazanacaq və güclənəcək».

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi