Azərbaycanlı məşqçi Antalyada tanış simaları gördü, bu sözləri dedi

22 Aprel 2022 16:40 Sizdən Bizə 1 443
Azərbaycanlı məşqçi Antalyada tanış simaları gördü, bu sözləri dedi

“Yeniyetmə futbolçuları həvəsləndirmək üçün “Beşiktaş”ın əsas komandasından 3 futbolçu turniri izləməyə dəvət olunmuşdu.

Həmin futbolçular da vaxtilə bu cür turnirlərdə iştirak edərək seçiliblər”.

Aprelin 12-dən 15-nə qədər Antalyada “Beşiktaş”ın təşkil etdiyi futbol turnirində iştirak edən “Beşiktaş-Azərbaycan” futbol məktəbinin məşqçisi Nicat

Qurbanov toplanışla bağlı maraqlı məqamları Sportinfo.az-a açıqlamasında bölüşüb.

“Beşiktaş-Azərbaycan”ın 4 komandasının də mübarizə apardığı turnirdə bir sıra tanınmış qonaq iştirak edib ki, Qurbanov onlarla görüşüb söhbətləşməyə imkan tapıb.

Gördüklərindən məmnun qalan Nicat, toplanışın təkcə azyaşlı futbolçulara yox, azərbaycanlı məşqçilərə də faydalı olduğu qənaətindədir: “Beşiktaş”ın sabiq baş məşqçisi Önder Karaveli komandaları ziyarət etməyə gəlmişdi.

Bildiyiniz kimi, vaxtilə “Qarabağ”ın akademiyasında çalışıb, futbolumuza tanış simadır. “Beşiktaş”ın əfsanələrindən hesab olunan Yasin Sülün hazırda skaut kimi çalışır.

Vaxtilə “Karvan”ın şərəfini qorumuş Aydın Tuna da hazırda “Beşiktaş”da işləyir. O da gəlmişdi.

Qısası, tanış simaları gördük, söhbət etdik, məsləhətlərini dinlədik. Bu cür turnirlər həm uşaqlar üçün böyük təcrübədir, həm də biz məşqçilər üçün təcrübə olmaqla yanaşı, xarici əlaqələrin genişlənməsi baxımından faydalıdır”.

“Beşiktaş-Azərbaycan”ın bir neçə futbolçusu “Beşiktaş”ın akademiyasında çalışan skautlar tərəfindən bəyənilib ki, həmin uşaqların may ayında İstanbuldakı son seçimlərə qatılacağı gözlənilir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!