“ABŞ Azərbaycan və Ermənistana sülhə nail olmağa kömək etməyə hazırdır”

15 Aprel 2022 10:10 Sizdən Bizə 1 546
“ABŞ Azərbaycan və Ermənistana sülhə nail olmağa kömək etməyə hazırdır”

“ABŞ ATƏT-in Minsk Qrupunun vasitəçiliyi da daxil olmaqla, Azərbaycan və Ermənistana hərtərəfli sülhə nail olmaqda kömək etməyə hazırdır”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru irəliləyiş məramımıza sadiq qalırıq.

Biz Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçirilən görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikasını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayırıq.

Dövlət katibi Entoni Blinkenin bir gün əvvəl, aprelin 5-də bu iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Azərbaycan və Ermənistan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik.

Dövlət katibi bir daha təsdiq etdi ki, ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ölkələrə kömək etmək üçün həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi ikitərəfli əməkdaşlığa hazırdır”, - Prays qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti