Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqi sürətləndiriləcək

8 Mart 2022 22:10 Sizdən Bizə 2 120
Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqi sürətləndiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.

Nazir bu barədə Komanda Məntəqəsində keçiriən xidməti müşavirədə bildirib.

Müşavirədə bölmələrin maddi-texniki və tibbi təminatının gücləndirilməsi, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi, hərbi qulluqçuların isti geyim və yeməklərlə vaxtında təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu