Ərdoğan Təhlükəsizlik Şurasını topladı - Qarabağ da müzakirə olunur

25 Noyabr 2021 18:10 Sizdən Bizə 937
Ərdoğan Təhlükəsizlik Şurasını topladı - Qarabağ da müzakirə olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası toplanıb.

İclasda Şərqi Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı vəziyyət müzakirə olunacaq.

Regional hadisələr başlığı altında Suriyanın şimalındakı terror təşkilatları başda olmaqla son vəziyyət müzakirə ediləcək.

Həmçinin, bildirilib ki, Yunanıstanın və Şərqi Aralıq dənizinin yunan tərəfinin təxribatçı addımları qarşısında atılacaq addımlar müzakirə olunacaq.

Əfqanıstan, Liviya və Qarabağdakı son vəziyyət dəyərləndiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda