Futbola görə Azərbaycana ən çox turist göndərən 10 ÖLKƏ

10 İyul 2021 19:40 Sizdən Bizə 1 849
Futbola görə Azərbaycana ən çox turist göndərən 10 ÖLKƏ

10 iyun - 3 iyul tarixləri ərzində Azərbaycana 57 min 636 turist gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Xarici ölkələr üzrə turist sayında ilk onluq aşağıdakı kimidir:

1. Rusiya Federasiyası - 22907 nəfər
2. Türkiyə - 15906 nəfər
3. İran - 6353 nəfər
4. Gürcüstan - 3920 nəfər
5. Ukrayna - 1637 nəfər
6. Danimarka - 1216 nəfər
7. Birləşmiş Krallıq - 698 nəfər
8. Belarus - 473 nəfər
9. İsveçrə - 434 nəfər
10. Almaniya - 401 nəfər

"Avro 2020" oyunlarının 4 qarşılaşması Bakıda keçirilib və bununla əlaqədar turist sayında artım qeydə alınıb.

Xüsusən, Türkiyə, İsveçrə, Danimarka və Böyük Britaniyadan ölkəmizə gələnlərin sayı ötən dövrlərlə müqayisədə çox olub.

Digər Xəbərlər
Xəbər Lenti