"Heç bir risk almaq istəmirdim" - Bakıdakı danimarkalı ailə: FOTO

30 İyun 2021 20:00 Sizdən Bizə 1 024
"Heç bir risk almaq istəmirdim" - Bakıdakı danimarkalı ailə: FOTO

"Əslində evə getməli və yay tətilimizə başlamalı idik.

60 illik yubileyə həsr edilmiş doğum günü tədbirində və tələbələrin məclisində iştirak edəcəkdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "TV 2"yə açıqlamasında ailəsi ilə birlikdə Bakıda yaşayan danimarkalı Tomas Volke deyib.

O, Danimarka millisinin Çexiya ilə oynayacağı qarşılaşma səbəbindən hələ Azərbaycanda qaldığını və mərasimləri ləğv etdiklərini bildirib

Azərbaycanda özəl şirkətdə çalışan Volke 1/8 final mərhələsindəki Uels - Danimarka oyunu bitməmiş 1/4 final matçı üçün bilet axtardığını deyib:

"Matçın bitməsindən 20 dəqiqə əvvəl biletlə maraqlandım. Heç bir risk almaq istəmirdim. Amma biletlər var idi. Şirkətin rus və türk əsilli işçiləri öz ölkələri AVRO-2020-dən kənarlaşandan sonra Danimarkanı dəstəkləyəcəklərini söylədilər".

Volkenin sözlərinə görə, Bakıdakı şəxslər onun ya ingilis, ya da amerikalı olduğunu düşünürlər: "Danimarkalı olduğumu bildirəndə, "Kristian Eriksen" deyə reaksiya verirlər".

Tomas Volke həyat yoldaşı Susie Volke ilə birlikdə Bakıya yaşayır. Onların qızı Hella və oğlu Sofus da 1/4 final matçı üçün Azərbaycan paytaxtına gələcək. Ailə matça üçün hazır olduqlarını bildirib.

İyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti