Britaniya səfiri Azərbaycana gözəl qonaqpərvərliyə görə təşəkkür etdi - FOTO

18 İyun 2021 23:40 Sizdən Bizə 576
Britaniya səfiri Azərbaycana gözəl qonaqpərvərliyə görə təşəkkür etdi - FOTO

Avropa çempionatında A qrupunun iki görüşünü Bakıda keçirmiş Uels millisi Azərbaycanı tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri Ceyms Şarp tvitterdə yazıb.

O bildirib ki, Robert Peycin baş məşqçi olduğu komanda qrup mərhələsində İtaliyaya qarşı son oyun üçün Romaya gedib.

Səfir AVRO-2020-də Uelsə göstərdiyi gözəl qonaqpərvərliyə görə, Azərbaycana təşəkkür edib.

Uels seçməsi Bakı Olimpiya Stadionundakı ilk matçında İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşdə Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti