Beş ildir bunu “Sabah”dan qopara bilmirlər

9 May 11:20 Şamaxı 558
Beş ildir bunu “Sabah”dan qopara bilmirlər

Premyer Liqada 34-cü tur sabah keçiriləcək “Sabah” – “Şamaxı” oyunu ilə start götürəcək.

Sportinfo.az xəbər verir ki, komandalar Azərbaycan çempionatlarında 22-ci dəfə üz-üzə gələcəklər.

Hazırda “Şamaxı” qələbə sayında öndədir – 8:6. Bölgə təmsilçisi həmçinin rəqibindən daha çox qol vurub (25:21).

Doğrudur, “Şamaxı” son iki matçda qalib gəlib. Lakin şamaxılılar 5 ildir “Sabah”dan səfərdə 3 xal ala bilmirlər.

“Sabah”ın meydanında baş tutan son 6 qarşılaşmanın 3-də ev sahibləri qalib gəlib, 3-də isə bərabərlik qeydə alınıb.

“Şamaxı” axırıncı dəfə səfərdə qələbə qazananda, “Keşlə” adını daşıyırdı və paytaxtda məskunlaşırdı. Bu, 2020-ci ilin oktyabrında reallaşıb.

Bu gün "Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Şamaxı” oyunu saat 19:00-da başlayacaq.

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi