Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı" mövsümə yaxşı başlayıb.
4 matç keçirən "şirlər" cəmi görüşdə 1 məğlubiyyət alıb.
"Araz Naxçıvan"a uduzan bölgə klubu əvəzində iddialılardan "Zirə"ni məğlub edib, "Sabah" və "Neftçi" ilə bərabərə qalıb.
Bir sözlə, Ayxan Abbasovun kollektivi yaxşı performans yaxalayıb.
Görəsən, belə məqamda 2 həftəlik fasiləyə yollanmaq komandaya necə təsir edə bilər?
Sorğumuza cavab olaraq "Şamaxı"nın almaniyalı hücumçusu Leroy Mikels bunları dedi:
"Bəli, nəticələr ürəkaçandır. İşlər arzuladığımız kimi gedir.
Ümid edirəm ki, yaranmış fasilə bizə yaxşı təsir edər. Fasilədə yaxşı dincəlib, növbəti qarşılaşmalara hazırlaşacağıq".
XANOĞLAN/ SPORTİNFO.AZ