COP29

Bu klubun çempionluğuna dəyər qatan ƏCNƏBİ FAKTORU

23 May 17:00 Şamaxı 754
Bu klubun çempionluğuna dəyər qatan ƏCNƏBİ FAKTORU

“Şamaxı” bir illik aradan sonra yenidən Premyer Liqaya qayıtdı.

Birinci Liqanın 27-ci turunda “Araz Saatlı”nı doğma meydanda 3:1 məğlub edən bölgə klubu xallarının sayını 57-yə yüksəldərək çempionluğunu rəsmiləşdirmiş oldu.

Bununla da komandanın bir mövsümlük elita həsrəti sona çatdı. "Şamaxı" bunu bacaran ilk komanda kimi tarixə düşdü.

“Şirlər”in naliyyətinin dəyərini artıran bir başqa məqam da xüsusi qeyd olunmalıdır. Komanda bu uğura yalnız yerli futbolçuların və yerli məşqçilərin xidmətindən istifadə edərək imza atdı.

Mövsümə Vüqar Əsgərli ilə start verən rəhbərlik ikinci dövrənin startından kollektivi Ramiz Məmmədovun ixtiyarına verdi.

Düzdü, “Şamaxı” ötən mövsüm Premyer Liqada da qapılarını əcnəbilərin üzünə qıfıllamışdı. Sadəcə o zaman bəziləri bu qərarın məcburiyyətdən atıldığını, büdcənin az olması səbəbindən verildiyini iddia edirdi.

Bu sezon isə komandanın infrastrukturu Premyer Liqa standartlarına cavab verirdi. Birinci Liqanın ən müasir nəqliyyat vasitəsi şamaxılı futbolçuların ixtiyarında idi. Komanda üzvləri bazada qalır, gündə 3 dəfə qidalanırdı.

Qısası, şərait, maliyyə imkanları və iddialar əcnəbi oyunçu transferini asanlıqla həyata keçirməyə imkan verirdi.

Həm də digər klublardan fərqli olaraq daha sanballı gəlmələrə qucaq açmaq olardı.

Amma klub rəhbərliyi növbəti dəfə azərbaycanlı balalara güvənmək yolunu seçdi.

Başa çatan mövsüm Birinci Liqada legioner oyunçuların xidmətindən birmənalı olaraq ilk gündən imtian edən yeganə klub "Şamaxı" oldu. Qış fasiləsində “Şamaxı”nın durumu o qədər də ürəkaçan deyildi.

Onda belə rəsmilər əcnəbi futbolçu gətirib Premyer Liqaya yüksəlmək yolunu asanlaşdırmaq barədə düşünmədilər. Əksinə ksbat etdilər ki, yanaşmamız budur.

İşlərini bir qədər çətinə saldılar, riskə getdilər, amma önəmli olan odur ki, sonda bacardılar.

Məncə, bu məqam əldə olunan uğurun dəyərini iki qat artırmış olur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti