COP29

"Olanlar keçmişdə qaldı, bunları düşünmək bizə bir şey qazandırmaz"

15 May 16:20 Şamaxı 340
"Olanlar keçmişdə qaldı, bunları düşünmək bizə bir şey qazandırmaz"

Bu həftə Birinci Liqanın önəmli matçı Lökbatanda keçiriləcək.

Burada "Qaradağ Lökbatan" "Şamaxı"nı qonaq edəcək.

Matçın əhəmiyyəti çox böyükdür. Meydan sahibləri qələbə təqdirində çempionluğunu rəsmiləşdirəcəksə, hazırda bu komandadan cəmi 2 xal geri qalan qonaqlar isə 3 xalı aktivinə yazdırmaqla çempionluq yolunda çox vacib addım atmış olacaq.

"Şirlər"in kapitanı Emin Zamanov da Sportinfo.az-a açıqlamasında hazırkı liderlə görüş barədə danışıb:

"Qarşıdan çox vacib və ağır oyun gəlir. Çünki bu matç böyük ölçüdə çempionun adına aydınlıq gətirəcək.

Oyuna hazırlıqlarımız başlayıb və komandada hər şey qaydasındadır. Hər birimiz qarşılaşmanın hansı mahiyyət daşıdığının fərqindəyik.

Yüksək həvəs və istəklə hazırlaşırıq. Allahın izni ilə qalib gələcəyimizə inamımız tamdır. İnşallah, sonda gülən tərəf biz olacağıq".

Mövsümün əvvəli əksəriyyət "Şamax"nın asanlıqla çempion olacağını proqnoz verirdi. Maraqlıdır, nə baş verdi ki, gərginlik bu həddə çatdı, hər şey son turlara qaldı?

Zamanovu dinləyək:

"Mövsümün əvvəlindən gərgin çempionat gedəcəyini hiss edirdik və sonda belə də oldu. Düzdür, bəzi oyunlarda itirdiyimiz yersiz xallar da işimizi çətinə saldı.

Amma olanlar keçmişdə qalıb. Onları düşünmək bizə bir şey qazandırmaz, fikir dağınıqlığı yarada bilər.

Buna görə də tək düşüncəmiz Allahın köməyilə önümüzdəki iki matçda qalib gəlib çempion olmaqdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti