Azərbaycan millisi Belarus komandasını iki dəfə məğlub etdi

04:10 Voleybol 46
Azərbaycan millisi Belarus komandasını iki dəfə məğlub etdi

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan hər iki görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatına hazırlıq çərçivəsində daha əvvəl Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib və bütün görüşlərdə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER