Bu komandalar Gədəbəydə təlim-məşq toplanışına başladılar

04:40 Atçılıq 107
Bu komandalar Gədəbəydə təlim-məşq toplanışına başladılar

Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına start veriblər.

Sportinfo.az Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi 12 gün davam edəcək.

Toplanışın əsas məqsədi velosipedçilərin fiziki və funksional hazırlığının artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.

Elit/U-23 milli komandaları avqustun 27-30-da Türkiyənin Samsun şəhərində keçiriləcək "Tour of Samsun" (2.2) və sentyabrın 3-6-da baş tutacaq "Tour of Istanbul" (2.1) yarışlarında iştirak edəcəklər.

Gədəbəydəki hazırlıq prosesi oktyabrda Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER