Azərbaycanda ilk dəfə U-17 dünya çempionatı keçiriləcək

07:10 Güləş 93
Azərbaycanda ilk dəfə U-17 dünya çempionatı keçiriləcək

Avqustun 27-29-da Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, hər iki yarış "Sea Breeze" istirahət mərkəzində təşkil ediləcək.

Avqustun 27-də baş tutacaq U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq.

Oğlanlar arasında 60, 70, 80 və 90 kq-da, qızlarda isə 45, 55, 65 və 75 kq-da qaliblər müəyyənləşəcək.

Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək.

Yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və +90 kq-da, qadınlar isə 50, 60, 70 və +70-da çıxış edəcəklər.

Wmumilikdə 34 ölkədən 200-dən artıq idmançı Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER