Azərbaycanın bocciaçısı Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib.
Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən bildirilib.
Son olaraq Misirin paytaxtı Qahirədə keçirilmiş Çellencer turnirində BC2 kateqoriyasında qızıl medal qazanan S.Ağayeva bu nəticəyə əsasən 6,5 reytinq xalı əldə edib.
Bununla da xalını 38,2-yə çatdıran paralimpiyaçı Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib.
