“Onun “Neftçi”yə gedişi ilə bağlı yazılanlardan sonra ağıllara mənim adım gəlir”

27 May 21:00 Şamaxı 1 695
“Onun “Neftçi”yə gedişi ilə bağlı yazılanlardan sonra ağıllara mənim adım gəlir”

Artıq xeyli vaxtdır Cavid Hüseynovun adı “Qəbələ”ylə yanaşı çəkilir.

Bu da səbəbsiz deyil.

Dolaşan xəbərlərə inansaq, “Neftçi” rəhbərliyi mövsüm başa çatan kimi Laurentsiu Regekampfla yolları ayıracaq. Onun yerinə “Qəbələ” ilə uğurlu nəticələrə imza ataraq diqqətləri üzərinə çəkən Elmar Baxşıyev gətiriləcək.

Baxşıyevi “Qəbələ”də əvəzləyən adamın Cavid Hüseynov olacağı deyilir. Vaxtilə futbolçu kimi bu komandanın uğurları üçün tər tökən, Qəbələdə kifayət qədər tanınan və sevinən Hüseynov.

Gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı fikirlərini dilə gətirib:

“Mətbuatda yazılanlarla tanışam. Bu haqda konkret bir şeyin olmadığını deməliyəm. “Qəbələ”nin sevilən və nəticə verməyi bacaran baş məşqçisi var.

Ola bilsin, Elmar müəllimin “Neftçi”yə gedişi ilə bağlı yazılanlardan sonra ağıllara mənim adım gəlir. İkinci məsələ “Qəbələ”nin mənim üçün nə qədər doğma olmasıdır.

Bu klubun mənim üçün nə qədər əziz olması və klubda çalışanlarla nə dərəcədə xoş münasibətdə olmağım hər kəsə məlumdur.

İnsanlar düşünür ki, Elmar Baxşıyev “Neftçi”yə getsə, yerinə Cavid Hüseynov gələ bilər. Söhbətin sırf buradan qaynaqlandığını düşünürəm.

Bu dəqiqə belə bir söhbət yoxdur. “Qəbələ” rəhbərliyi ilə dostluq münasibətimiz olsa da, bu barədə heç nə danışmamışıq”.

Cavid Hüseynov 2014-2019-cu illər aralığında bölgə təmsilçisinin formasını geyinib. O, bu müddətdə Azərbaycan kubokunu qazanıb, 2 dəfə Premyer Liqanın gümüş medallarına sahib olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu