Xəbəri oxudu, redaksiyamızla əlaqə saxladı: “Həmin siyahıda olmalı idik”

9 Dekabr 2022 19:40 Şamaxı 694
Xəbəri oxudu, redaksiyamızla əlaqə saxladı: “Həmin siyahıda olmalı idik”

“Saytınızda dərc olunan xəbər bizi məyus etdi. Qrupumuzun adı da həmin siyahıda olmalı idi”.

Bu sözləri redaksiyamızla əlaqə saxlayan “Sector 56” azad azarkeş qrupunun yaradıcılarından olan Loğman Məlikli deyib.

“Forza Neftçi”nin “Neftçi” – “Qarabağ” oyununda həbs olunan ağdamlı azarkeşlərə dəstək xarakterli bəyanatına digər qrupların qoşulması ilə bağlı məlumat vermişdik.

Siyahıda “Red Black Army”, “Xəmsə”, “Soldati Di Sabah” və “Qartal”ın adını göstərib, bu qrupların “Forza Neftçi”nin yolu ilə gedib Premyer Liqanın qarşıdakı 2 turunu boykot edəcəyini bildirmişdik.

“Şamaxı”nın dəstəkləyən “Sector 56”nın üzvü siyahıda bu adın da olmasını labüd sayır:

“Forza Neftçi” bəyanatı yayan kimi onlara dəstək verən ilk iki qrupdan biri biz olmuşuq. Və bu barədə sosial şəbəkə hesabımızda məlumat yerləşdirmişik.

“Forza Neftçi”nin üzvləri ilə münasibətimiz çox yaxşıdır. Bu üzdən tribunadakı azadlıq naminə və azarkeşlərə qarşı edilən haqsızlıqlara görə onların yanında olduğumuzu bəyan etmişik.

Bəli, Premyer Liqanın qarşıdakı 2 oyunda biz də tribunada olmayacağıq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!