COP29

"Kimisə təhqir etməmişəm, vurmamışam, döyməmişəm, hirslənmək də olmaz?"

19 Avqust 2023 01:00 Səbail 1 557
"Kimisə təhqir etməmişəm, vurmamışam, döyməmişəm, hirslənmək də olmaz?"

AFFA-nın İntizam Komitəsinin dünənki iclasında qəbul edilən qərarlardan biri diqqət çəkdi.

Belə ki, Azərbaycan Premyer Liqasının II turu çərçivəsində baş tutan Neftçi” – "Səbail” matçında qonaqların məşqçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə ikisi şərti və üçaylıq sınaq müddəti olmaqla dördoyunluq cəzalandırıldı.

Bununla yanaşı, klub 3500 manat cərimə edildi. Bəs oyun zamanı nə baş vermişdi, Xankişiyevi meydançaya kənar əşya atmağa məcbur edən hansı məqam olmuşdu?

Sportinfo.az xəbər verir ki, mütəxəssis qaynarinfo-ya açıqlamasında bunları deyib:

"İlk dəfədir görürəm ki, hirslənib su şüşəsini yerə çırpırsan, o da meydançaya düşür və buna görə cəza verilir. Həmin məqamda topu bizim komandaya verməmişdilər.

Əsəbiləşib, su şüşəsini yerə çırpdım. Heç kimin başına və ya hər hansı yerinə dəyməmişdi.

Belə cəza verərlər? Kimisə təhqir etməmişəm, vurmamışam, döyməmişəm. Belə çıxır, hirslənmək də olmaz.

Kim nə istəyir edə bilər, bizə isə hirslənmək olmaz. İnsanıq də, bəzən özümüzdən asılı olmur, hirslənirik.

Hamı bilir ki, indiyə qədər heç kimi incitməmişəm, təhqir etməmişəm. Sakit insanam.

Oyunun stresi olur, adamı özündən çıxarır. Mən də əlimdəki su qabını yerə vurdum, sürüşüb meydançaya düşdü.

Buna görə adamı belə cəzalandırmazlar axı. Özü də 3500 manat cərimə ediblər. Çox sərt cəzadır.

Mənim heç kimlə düşmənçiliyim yoxdur. Bu da bir an idi.

Belə cəzalar adətən, meydançaya daxil olub, hakimi təhqir edənlərə, vuranlara və ya hər hansı fiziki təzyiq göstərənlərə verilir, üstəlik cərimlənir.

Mən nə etmişəm ki? Futbolda hamı əsəbiləşir, hər kəsdən fərqli hərəkətlər gözləmək olar.

Amma mən su qabını heç kimə tərəf atmamışam. Kiməsə dəyməyib”.

Digər Xəbərlər
Xəbər Lenti