PSJ-nin vingeri Bredli Barkola “Liverpul”un əsas transfer hədəfi olaraq qalır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu bu həftə Fransa təmsilçisinə yeni transfer təklifi göndərməyi planlaşdırır.
Bildirilir ki, “Arsenal” və adı açıqlanmayan daha bir klub da 23 yaşlı futbolçu ilə maraqlanıb. Ancaq Barkolanın transferi uğrunda mübarizədə hazırda əsas favorit “Liverpul”dur.
“Qırmızılar” artıq fransalı vingerlə müddəti 2032-ci ilə qədər olacaq müqavilənin şərtlərini razılaşdırıblar.
Barkola bu mövsüm hələ meydana çıxmayıb. Üstəlik, futbolçu son iki matçın iştirak ərizəsinə də daxil edilməyib.
PSJ avqustun 28-də, Fransa çempionatının 2-ci turunda səfərdə “Lill”lə qarşılaşacaq.
