“Mən “Qarabağ”ın necə güclü və yaxşı komanda olduğunu bilirəm”

25 Avqust 09:20 Qarabağ 908
“Mən “Qarabağ”ın necə güclü və yaxşı komanda olduğunu bilirəm”

"Qarabağ"ın “Tvente”ni Niderlandda məğlub etməsi mənim üçün sürpriz deyildi.

Çünki mən “Qarabağ”ın necə güclü və yaxşı komanda olduğunu bilirəm. Ona görə də “Qarabağ”ın səfərdəki qalibiyyəti gözlənilməz olmadı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Qarabağ”ın futbol akademiyasının sabiq rəhbəri, hazırda “Sprta”(Rotterdam) klubunda çalışan Con Van Loen deyib.

Təcrübəli mütəxəssis cavab görüşü ilə bağlı da danışıb. Onun sözlərinə görə, Niderlandda insanlar “Tvente”nin yaxşı oynamadığını düşünsə də, “Qarabağ”ı keçə biləcəyinə də inanırlar:

“İlk oyundakı məğlubiyyətə görə Niderlandda insanlar “Tvente” haqda nə düşünməlidir? Düzdür, onlar “Tvente”nin pis oynadığını deyir.

Amma mən bilirəm ki, klub özü ilk oyundakı məğlubiyyətə baxmayaraq, Bakıdakı görüşdə qalib gələcəyinə də inanır. Cavab matçı maraqlı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada