“Mən həmişə “Neftçi”nin əsas heyətində olmaq istəyirəm”

25 Avqust 11:40 Neftçi 1 246
“Mən həmişə “Neftçi”nin əsas heyətində olmaq istəyirəm”

“Mən hər zaman həm özüm, həm də komandam üçün ən yaxşısını etməyə çalışıram”.

Sportinfo.az xəbər verir ki, bunu Premyer Liqanın ikinci turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə məğlub edən “Neftçi”nin müdafiəçisi Rüfət Abbasov deyib.

– Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı.

– Çətin oyun olacağını bilirdik. 2 tərəf də mübarizə aparırdı. Öz meydanımızda, azarkeşlərimizin önündə oynayırdıq. Qələbə qazanmaq istəyirdik. Şükür Allaha ki, qələbə qazandıq. İnşallah, bunun ardını gətirmək istəyirik və əlimizdən gələni edəcəyik.

– Komandaya adaptasiya ola bilmisiniz?

– Bir neçə vaxtdır buradayam. Əsas heyətdə oynamışam. Adaptasiya yaxşı keçir. Düzdür, bura mənim evimdir. Amma bundan da yaxşı olacağını düşünürəm.

– İkinci oyundur ki, əsas heyətdəsiniz. Deyə bilərik ki, artıq əsas heyət üzvüsünüz?

– Mən hər zaman ən yaxşısını etməyə çalışıram. Həm özüm, həm də komandam üçün ən yaxşısını edirəm. İnşallah, bunun üçün də çalışacağam və bütün oyunlarda əsas heyətdə olmaq istəyirəm.

– “Sabah” avrokubokların liqa mərhələsinə vəsiqə qazanıb. Böyük ehtimalla, “Qarabağ” da vəsiqə qazanacaq. 2 turnirdə oynayacaqları üçün daha çox yorulacaqlar. Çempionluqda əsas rəqibiniz “Turan Tovuz” qalır. Bu, sizin çempionluq şansınızı artıracaq? Nəzərə alsaq ki, bu il “Neftçi”nin 90 illiyidir...

– Mən ilk öncə “Sabah”ı təbrik edirəm, “Qarabağ”a da uğurlar arzulayıram. Bizim ölkənin klublarıdır. İnşallah, bütün oyunlarda qələbə qazanarlar. Hamısı üçün ən yaxşısı nədirsə, o da olsun. Dediyiniz kimi, 90 illiyimizdir. Çempion olmaq istəyirik, inşallah, bunu bacararıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada