"Qarabağ" az öncə ondan elə bir XƏBƏR aldı ki… SON DƏQİQƏ

11:20 Qarabağ 497
"Qarabağ" az öncə ondan elə bir XƏBƏR aldı ki… SON DƏQİQƏ

Sabah Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə həlledici matça çıxacaq

"Qarabağ" şok xəbər alıb. Bu, Elvin Cəfərquliyevlə əlaqədardır.

Təkrar müayinədən keçirilən müdaiəçinin zədəsinin düşünüləndən daha ciddi olduğu üzə çıxıb.

O, tezliklə əməliyyat ediləcək. Sol cinah oyunçusu təqribən 4 ay yaşıl sahələrdən uzaq qalacaq.

Klubun yaydığı son açıqlamada bildirilirdi ki, futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Həmin vaxt bərpa müddətinin təxminən iki həftə davam edəcəyi qeyd olunurdu.

Cəfərquliyev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın "Dinamo" ilə cavab oyununda zədələnib.

O, ilk hissədə xəsarət alsa da, həkimlərin ilkin tibbi müdaxiləsindən, iynə vurmasından sonra meydana qayıdıb və yalnız axıra yaxın əvəzlənib.

Elvin həmin zaman kəsiyində Aleksey Kaşuka ikinci qolun ötürməsini verərək, komandasının Kiyev təmsilçisi üzərində qələbəsində, həm də mərhələ adlamasında mühüm pay sahibi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti