“Səbail” Cavid Hüseynovun rəhbərliyi dönəmində ilk transferini gerçəkləşdirdi.
“Şamaxı”dan ayrılan İlkin Muradov karyerasını Bayıl təmsilçisində davam etdirəcək.
Bu keçid “dənizçilər”ə kifayət qədər ucuz başa gəlib.
Premyer Liqada böyük təcrübəyə sahib olan 28 yaşlı yarımmüdafiəçi yeni iş yerində cari mövsümün sonuna qədər aylıq 2 min manat əməkhaqqı alacaq.
Muradovun mövsümün sonuna qədər olan müddətdəki çıxışı baş məşqçini razı salsa, növbəti “futbol ili”ndə maaşı bir qədər artırılacaq.
Premyer Liqada “Zirə” və “Şamaxı” kimi komandaların şərəfini qorumuş səbəbkar meydana çıxdığı 156 qarşılaşmada 3 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ