Belə bir ikinci komanda varmı ki, baş məşqçisinin əlindən boğaza yığılsın?

13 Noyabr 2024 15:00 Səbail 3 120
Belə bir ikinci komanda varmı ki, baş məşqçisinin əlindən boğaza yığılsın?

Baş məşqçi dəyişikliyi istənilən komandaya təsir edir.

Əsasən müsbət baxımdan.

«Səbail» də istisna olmadı. Şahin Diniyevlə üzlüşəndən sonra çıxdıqları ilk matçda mövsümün ən yaxşı futbolunu nümayiş etdirdilər. Hətta deyərdim ki, parlaq oyun sərgilədilər.

Əlbəttə, bu, tamamilə Elvin Məmmədovun aktivinə yazılmamalıdır. O, cəmi bir neçə gün iş başında oldu - belə qısa müddətdə nə edə bilərdi ki?

«Səbail»in «Turan Tovuz»la qələbəyə bərabər 1:1-i Şahin Diniyevə olan antpatiyanın, qıcığın partlaması idi. Futbolçular keçmiş baş məşqçinin əlindən zinhara gəlmiş, boğaza yığılmışdılar,

Bir komandada 1 nəfər məşqçini istəməzmi yəni..? Diniyev hər «transfer pəncərəsi»ndə «söküb-yığjdığı» kollektivdə o 1 nəfərin də rəğbətini qazana bilmədi.

Görün, özünü necə aparıb, neyləyib ki, hamı cana doyub, düşərgədən ayrılmasını toy-bayram olaraq qeyd edib.

Onların qol sevincindən hər şey anlaşıldı. Səbuhi Abdullazadənin hesabı açdığı epizoda elə şad-xürrəm olmuşdular ki…

İki göz istəyirdi ki, tamaşasına dursun.

Dünya çempionu olanlar gördüm, heç bu qədər bir-birlərinə sarılmamışdılar, bunlar ondan da o yana keçdilər. Və son anadək əsl kişiyanə döyüşdülər..

Rəqibin, hakimin bütün basqısına, 1 dəqiqəsi 1 il qədər uzun çəkən ağırlığa rəğmən.

Sanki saatın əqrəblərindən daş asılmışdı, bununla belə, «Səbail» əzmkarlığı ilə göz oxşadı.

ZAMİQ

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu