COP29

O boyda klubu necə çirkləndirdin - Bir az da bundan danış!

16 Sentyabr 14:00 Səbail 3 531
O boyda klubu necə çirkləndirdin - Bir az da bundan danış!

Şahin Diniyev Gəncədə işlədiyi müddətdə xəstəlik tapdığını deyib.

Son turda «Qarabağ»a 1:2 hesablı məğlubiyyətdən məmnun görünən «Səbail»in baş məşqçisi iddia edib ki, ona Nizami yurdundan «yadigar» qalan yalnız səhhətində yaranan problemdir.

Hər sezonun axırında və əvvəlində «yeni komanda qururuq», «hər şey yaxşı olacaq» tipli açıqlamalar verən, vədə yetişəndə üzləşdiyi uğursuzluqlara min bir bəhanə tapan, bunun üçün cibə girməkdən çəkinməyən Diniyevin «Kəpəz»də keçirdiyi dönəmi bu cür xatırlaması bəndənizi qətiyyən şok etmədi.

Ondan başqa nə gözləyəsən, adamın tipi budur da elə.

O, «Kəpəz»də işlədiyi dövrdə xəstəlik tapa bilər, mən bunu istisna etmirəm. Amma gərək Diniyev birini deyib, minini gizlətməsin də. Deyirsə, hamısını açıb-töksün.

Deməli, etiraf etməli olduğu o qədər şey var ki..!

Qoy, desin ki, «Kəpəz»də futbolçuların maaş kartları onun cibində gəzirdi?

Qoy, desin ki, «Kəpəz»ə futbolçu gətirən menecerlərlə necə işbirliyi qururdu.

Qoy, desin ki, AFFA-nın «Kəpəz»ə təhkim etdiyi şəxsin yol verdiyi maxinasiya hallarından xəbəri olub, ya olmayıb?

Qoy, desin ki, həkimə, aptekə çatası məbləği bank hesabından niyə özü çıxarırmış?

Qoy, desin ki…

Deməz, qəti deməz. Bunlar onun daha «ağrılı yeri», qaysaq bağlamayan «yarasıdır».

Oradakı «işlər»i yarımçıq qalıb deyə, hələ də xiffətini çəkir o illərin.

Şahin Diniyev «Kəpəz»də hoqqa verib e, hoqqa! Elxan Məmmədovun kadrları ilə əlbir olaraq, klubun evini yıxıb e! Nə işlər çeviriblərsə, o tarixdən bəri bir adam balası «Kəpəz»ə yaxınlaşıb sponsorluq etmək istəmir e!

Sən Şahin Diniyev bir az da bundan, «Kəpəz»i sağalmaz xəstəliyə necə mübtəla etməyindən danış!

FİRUZ

Digər Xəbərlər
Xəbər Lenti