Premyer Liqa komandasının kapitanı ayrılıq xəbərini “instaqram”da açıqladı

28 May 2024 19:20 Səbail 1 804
Premyer Liqa komandasının kapitanı ayrılıq xəbərini “instaqram”da açıqladı

"Səbail"in müdafiəçisi Adil Nağıyev komandadan ayrılıb..

Sportinfo.az xəbər verir ki, kapitan bununla bağlı İnstaqram hesabında paylaşım edib.

O, bununla bağlı yazıb:

“5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər.

Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə”.

28 yaşlı futbolçu 2019-cu ilin yayından "Səbail"də çıxış edirdi.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM