Bu oyun Azərbaycanda böyük maraq doğurdu - Bayıldan VİDEO+FOTOREPORTAJ

18 Fevral 01:10 Səbail 535
Bu oyun Azərbaycanda böyük maraq doğurdu - Bayıldan VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Səbail”lə “Araz-Naxçıvan” birincilərin meydançasında üz-üzə gəliblər.

Buna qədər eyni xala malik komandaların duelində qollu bərabərlik qeydə alınıb – 2:2.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. “Səbail”in ən məhsuldar futbolçusu Aleksandr Ramalinqom fərqlənib.

Lakin fasiləyə qədər “Araz-Naxçıvan” nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib.

Çempionatın ən məhsuldar yerli futbolçusu Orxan Əliyev qısa müddət ərzində dubla imza atıb. O, 31 və 35-ci dəqiqələrdə meydan sahiblərini cəzalandırıb.

61-ci dəqiqədə dubl etmək növbəsi Ramalinqoma çatıb. Bu, həm də qarşılaşmanın ümumi nəticəsini müəyyənləşdirib. Bərabərliyin ardından hər iki komanda hesabındakı xal sayını 31-ə yüksəldib.

Digər Xəbərlər
Xəbər Lenti